Bu sözləri Sergey Lavrov çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyinin illik mətbuat konfransında Moskvada İRNA müxbirinin sualını cavablandırarkən deyib.
Rusiya Xarici İşlər naziri deyib: “Bu razılaşma, Rusiyanın Şimali Koreya ilə (son) razılaşması kimi heç bir ölkəyə qarşı deyil, konstruktiv xarakter daşıyır, onun məqsədi Rusiya və İranın, eləcə də dünyanın müxtəlif yerlərindəki dostlarımızın imkanlarını gücləndirməkdir.”
“Bu razılaşma iqtisadi mübadilənin inkişafının sürətləndirilməsi, ikitərəfli münasibətlərdə sosial məsələlərin həlli və etibarlı müdafiə qabiliyyətinin təmin edilməsi məqsədi ilə imzalanacaq” - deyə, o, əlavə edib.
Sizin rəyiniz